XII turun ən yaxşısı Ceyms Adeniyidir

ESTAFET/ “İnStat”ın təhlilinə əsasən futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının XII turunun ən yaxşı futbolçusu məlum olub.

 

Bu, “Qəbələ”nin yarımmüdafiəçisi Ceyms Adeniyidir. “Keşlə”yə qarşı keçirilən oyunda nigeriyalı 1 qolun müəllifi olub. Araşdırmalara əsasən Adeniyi turun ən yüksək indeksə malik olan futbolçusudur. 

Müəllif: Orxan NOVRUZOV