"CBC Sport"un budəfəki şərhçi duetləri

ESTAFET/ "CBC Sport"un futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının XIII turunun şərhçi təyinatları məlum olub. Ardıcıl 2-ci tur matçlarda şərhçi dueti olacaq. Sadəcə, bu dəfə bəzi matçlarda.

 

"Əlincə Arena"da saat 16:30-da başlayacaq açılış qarşılaşmasını - "Sabah" - "Neftçi" oyununu Gündüz Abbaszadəylə Süleyman Vəliyev şərh edəcəklər. Saat 19:00-da "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" - "Səbail" görüşünün şərhçisi Rövşən Binnətli olacaq.

 

Sabah 16:30-da start götürəcək "Qəbələ" - "Zirə" matçında Nurlan Valehoğlu iş başında olacaq.

 

Tura birigün "Azərsun Arena"da yekun vuracaq "Qarabağ" - "Keşlə" oyununa Pərviz Musayevlə Ramil Cahangirov təyinat alıblar.  

 

Mənbə: Sport24

Müəllif: Estafet.az