"Sumqayıt"la oyunun biletləri satışda

ESTAFET/ Futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində dekabrın 9-u saat 19:30-da "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Sumqayıt” oyununun biletləri satışa çıxarılıb.

 

Qiymət VIP yerlərə 5 AZN, qalan bütün sektorlara isə 1 AZN təşkil edir. Biletləri "Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür. 

Müəllif: Natiq NƏSİROV