Sumqayıtda beynəlxalq cüdo turniri keçirilib

ESTAFET/ Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş beynəlxalq cüdo turniri keçirilib.

Azərbaycan Cüdo Federasiyası, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutan yarışda kiçik yaşlı yeniyetmələr medallar uğrunda mübarizə aparıblar. Beynəlxalq turnirdə respublikamızın 30-dan çox şəhər və rayonunun cüdoçularl ilə yanaşı, Rusiya, Qazaxıstan, Ukrayna, Qırğızıstan komandaları da yarışıblar. Sayca 7-ci olan turnirə 500-dən çox yeniyetmə cüdoçu qatılıb. Fərqlənən idmançılara medal, diplom və qiymətli hədiyyələr təqdim olunub. 

Müəllif: Bəhruz MƏMMƏDOV