"Səbail"ə verilən cəza qüvvədə qaldı
ESTAFET/ Bu gün AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib. İclas zamanı “Səbail” klubu tərəfindən verilmiş apellyasiya şikayətinə baxılıb və aşağıdakı qərar qəbul edilib:
“Səbail Peşəkar Futbol Klubu” İctimai Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti rədd edilsin.
AFFA İntizam Komitəsinin 27 noyabr 2018-ci il il tarixli qərarı ilə, 25 noyabr 2018-ci ildə, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının XII turu çərçivəsində keçirilən “Səbail” – “Neftçi” oyunu başa çatdıqdan sonra “Səbail” PFK-nın protokolda adı olmayan futbolçusu Eltun Yaqublunun hakimi təhqir etməsinə görə 4 oyun cəzalanması, klubun 3200 manat cərimə olunması qərarı qüvvədə saxlanılsın.