Afrikada ilin ən yaxşısı bəlli oldu
ESTAFET/ Afrikada 2018-ci ilin ən yaxşı futbolçusunun kimliyi müəyyənləşib. BBC-nin keçirdiyi sorğunun nəticələrinə görə, İngiltərənin “Liverpul” klubunun misirli hücumçusu Məhəmməd Salah qitənin ən yaxşı futbolçusu seçilib.
O, səsvermədə “Yuventus”un mərakeşli müdafiəçisi Mehdi Benatya, “Napoli”nin seneqallı müdafiəçisi Kalidu Kulibali, “Atletiko”nun qanalı yarımmüdafiəçisi Tomas Parti və “Liverpul”dakı seneqallı komanda yoldaşı Sadio Maneni qabaqlayıb.
Xatırladaq ki, Salah ardıcıl 2-ci dəfədi bu mükafatı qazanır. O, ötən il də Afrikanın ən yaxşısı seçilmişdi.