Ceyhun Sultanovun cəzası iki dəfə azaldıldı

ESTAFET/ AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Neftçi” klubu tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qərarı qəbul edib: 


AFFA İntizam Komitəsinin 4 dekabr 2018-ci il il tarixli qərarı ilə, 1 dekabr 2018-ci ildə, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının XIII turu çərçivəsində keçirilən “Sabah” – “Neftçi” oyunu ilə bağlı “Neftçi” PFK-nın idman direktoru Ceyhun Sultanovun kütləvi informasiya vasitələrində hakimlər haqqında təhqiredici ifadələr işlətdiyinə görə cəzalandırıldığı oyun sayı 10-dan 5-ə, kluba tətbiq olunan cərimə 16000 (on altı min) manatdan 8000 (səkkiz min) manata endirilsin. 

Müəllif: Estafet.az