"ABU"NUN RƏQİBİ MÜƏYYƏNLƏŞDİ
ESTAFET/ Avropa Həndbol Federasıyasının qadınlar arasında "Challenge Cup" turnirinin 1/8 final mərhələsinin püşkü atılıb. Avstriyanın Vyana şəhərində keçirilən püşkatmanı Avropa Həndbol Federasiyasının Yarışların Keçirilməsi Departamentinin rəhbəri Markus Qleyzer və "Lokomotiv Zaqreb" (Xorvatiya) komandasının oyunçusu Klaudiya Bubalo keçiriblər.
Turnirdəki təmsilçimiz "ABU" komandasını da rəqibini tanıyıb. 1/8 finalda aşağıdakı rəqiblər qarşılaşacaqlar:
EHF "Challenge Cup" 1/8 final
"Lokomotiv" (Xorvatiya) - "Ardesen" (Türkiyə)
"ABU" (Azərbaycan) - "Kram Start Elblaq" (Polşa)
"Zuq" (İsveçrə) - "Karpatı" (Ukrayna)
"Sokol" (Çexiya) - "Şqipona" (Kosovo)
"Koleqio de Qaya" (Portuqaliya) - "Qran Kanaria" (İspaniya)
"Haukar" (İslandiya) - "Quintus" (Hollandiya)
"Mlinotest Aydovçina" (Sloveniya) - "Atletiko" (İspaniya)
"H 65 Höörs" (İsveç) - "Vardar" (Makedoniya)