İntizam Komitəsinin iclası keçirildi

ESTAFET/ Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Zirə” – “Səbail” matçının 33-cü dəqiqəsində “Səbail” klubunun 33 №-li futbolçusu Tome Kitanovski aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 2400 manat cərimə olunur (maddə 38.2).

Azərbaycan Kubokunun ¼ final mərhələsinin “Neftçi” – “Sumqayıt” matçının 88-ci dəqiqəsində “Neftçi” klubunun 5 №-li futbolçusu Anton Krivotsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48). Oyunun I hissəsi başa çatdıqdan sonra “Sumqayıt” klubunun məşqiçisi Elnur Çodarov və “Neftçi” klubunun inzibatçısı Qədir Həsənov texniki zona qaydalarını pozublar. Bu səbəbdən texniki zonadan kənarlaşdırılan şəxslər 1 oyun cəzalanır, hər iki klub 800 manat cərimə olunur (maddə 62).

Azərbaycan Kubokunun ¼ final mərhələsinin “Qarabağ” – “Keşlə” matçı başa çatdıqdan sonra “Keşlə” klubunun futbolçusu Kamran Ağayev və klubun Müşahidə Şurasının sədri Zaur Axundov hakimlər otağına icazəsiz daxil olduqlarına görə klub 1600 manat cərimə olunur (maddə 70). 

Müəllif: Məsim MƏSİMZADƏ