Güləş millimiz yenidən ona tapşırıldı

ESTAFET/ Azərbaycanın sərbəst güləş üzrə yığmasınım baş məşqçi vəzifəsində dəyişiklik edilib. Millimizi daha öncə də bu vəzifəni icra edən Saypulla Absaidov çalışdıracaq.

 

2009-12 və 2015-16-cı illərdə də əsas komandanın baş məşqçisi funksiyasını yerinə yetirən bu dağıtsanlı təcrübəli mütəxəssis son iki ildə gənclərdən ibarət yığmada böyük məşqçi kimi fəaliyyət göstərib.

 

Bu gün Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyevin əmri ilə Absaidov yenidən böyüklərdən ibarət yığmanın baş məşqçisi təyin edilib.

 

Qeyd edək ki, millimizin sabiq baş məşqçisi, yeni çalışdırıcının köməkçisi olmuş təcrübəli mütəxəssis Firdovsi Umudov isə bundan sonra fəaliyyətini sərbəst güləş üzrə vitse-prezident kimi davam etdirəcək. 

Müəllif: Bəhruz MƏMMƏDOV