U-19 Samir Əliyevin rəhbərliyi ilə hazırlaşacaq

ESTAFET/ AFFA-nın Məşqçilər Komitəsi və baş katibliyin birgə müzakirələri, Məşqçilər Komitəsinin müvafiq təqdimatına əsasən, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında 2019-cu ilin oktyabr ayında keçiriləcək Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək Azərbaycan U-19 milli komandasının hazırlıq prosesinə start verilməsi məqsədilə baş məşqçi vəzifəsi Samir Əliyevə həvalə olunub. 

Müəllif: Orxan NOVRUZOV