Saatlıda turnir keçirilib

ESTAFET/ Uşaq-Gənclər Futbol Federasiyasının təşkilatçılığı ilə Saatlı Olimpiya İdman kompleksində 12-13 yaşlı uşaqlardan ibarət komandalar arasında turnir təşkil olunub. Yarışda Sabirabad, Saatlı, Şirvan, Hacıqabul və İmişlini təmsil edən ümumilikdə 6 komanda iştirak edib.

Yarışın qalibi Saatlı-1 komandası olub. Şirvan və Sabirabad təmsilçiləri müvafiq olaraq ikinci və üçüncü yeri tutublar.  

Müəllif: Orxan NOVRUZOV