"Qarabağ"ın daha bir rəqibi müəyyənləşib

ESTAFET/ "Qarabağ"ın Antalyadakı qış təlim-məşq toplanışında daha bir rəqibi müəyyyənləşib. Ağdam klubu Rumıniyanın yüksək liqa təmsiçisi "Botoşani" ilə yoxlama matçı keçirəəck.

 

Rumıniyalı həmkarlarımız yanvarın 12-də keçiriləcək matçın yerli vaxtla 17:00-da (Bakı vaxtı ilə 18:00) başlayacağını yazıb.

Xatırladaq ki, "Qarabağ" yanvarın 23-də daha bir yoxlama oyununda Polşanın "Pyast" klubu ilə qarşılaşacaq. 

Müəllif: Məsim MƏSİMZADƏ