“İkincilər” də istirahətə yollandı

ESTAFET/ Futzal üzrə Azərbaycan İkinci Liqasında XIX turun oyunları keçirilib. Dekabrın 25-də və 26-da Olimpik Starda birinci dövrənin son turunun matçları ilk “3-lüy”ə təsirsiz ötüşməyib. Düzdü, lider və ən yaxın izləyicisi turu itkisiz başa vurub. Amma bu matça qədər üçüncü pillədə yer alan “Rəvan” “Təbriz”lə oyunda xal qazana bilmədiyinə və “Hicran” qələbə xanasını artırdığına görə, yerdəyişmə olub. Aktivində 45 xal olan “Hicran” qış fasiləsinə “3-lük”də yollanıb. Turda qeydə alınmış nəticələri diqqətinizə çatdırırıq: 

 

Baker Hughes - Baker Tilly 2:11

Obolon - Xəzər Astara 4:1

SAB - Bədr FK Xocalı 3:1

Hicran - Baku Fire-2 4:3

Rəvan FK - Təbriz 2:3

Advokat – Dalğa 9:2

Atletiko Baku – Avanqard 3:4

Hövsan - Bibi-Heybət 4:4

STAR karqo - Gilan Construction 5:4

Gənclik İK – Borçalı 4:5

Müəllif: Məsim MƏSİMZADƏ