Bernd Ştange Suriyadan qovuldu

ESTAFET/ Futbol üzrə Suriya millisinin baş məşqçisi Bernd Ştange vəzifəsindən göndərilib. Bu barədə ölkənin Futbol Federasiyası məlumat yayıb.


Alman mütəxəssisin göndərilməsinə səbəb, hazırda yığmanın Birləşmiş Ərəb Əmirliklərində keçirilən Asiya kubokunun qrup mərhələsində İordaniyaya 0:2 hesabıyla uduzması olub.


Ştange, 2018-ci ilin fevralından Suriya millisinə rəhbərlik edirdi. Yığmanın “sükan"ı Fəcr İbrahimə tapşırılıb.


Suriya millisi yanvarın 15-də Avstraliya ilə üz-üzə gələcək. Qrup mərhələsində Fələstin, Avstraliya və İordaniyayla mübarizə aparan Suriya millisi 1 xalla, 3-cü yerdə qərarlaşıb.

Yanvarın 5-də start götürən Asiya kubokunda 24 ölkə mübarizə aparır. 

Müəllif: Natiq NƏSİROV