Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Dadaşovlu “Eştoril” uduzdu -
Dadaşovlu “Eştoril” uduzdu

ESTAFET/ Portuqaliya çempionatının ikinci liqasında daha bir oyun keçirilib. XVII turun qarşılaşmasında “Famalikao” “Eştoril”i qəbul edib.

Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovun komandası səfər görüşündə 0:2 hesabı ilə məğlub olub. Təmsilçimiz matçın 83-cü dəqiqəsində komanda yoldaşını əvəzləyərək oyuna girib.

17 turdan sonra 30 xala malik “Eştoril” 3-cü pillədə qərarlaşıb. 

Müəllif: Orxan NOVRUZOV