HƏNDBOL FEDERASİYASINA DA YENİ PREZİDENT SEÇİLDİ
ESTAFET/ Azərbaycan Milli Olimpiya Komitəsinin inzibati binasında Azərbaycan Həndbol Federasiyasının növbəti konfransı keçirilib. Konfransda MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman naziri Azad Rəhimov iştirak ediblər. Bildirilib ki, Həndbol Federasiyasının prezidenti Heydər Babayev öz ərizəsi ilə postundan gedib və bu səbəbdən yeni prezident seçiləcək.
Rəsmi çıxışlardan sonra səsvermə keçirilib. Prezident postuna yeganə namizəd olan "Azəryolservis" ASC-nin sədri Saleh Məmmədov Azərbaycan Həndbol Federasiyasının yeni prezidenti seçilib.