"Feyenoord" baş məşqçisi ilə yollarını ayırır

ESTAFET/ Hollandiyanın "Feyenoord" klubu baş məşqçisi Covanni van Bronkorstla yollarını ayırır.

Klubun rəsmi saytında verilən xəbərə görə, 44 yaşlı mütəxəssis mövsümün sonunda Rotterdam təmsilçisindəki vəzifəsini tərk edəcək.

Qeyd edək ki, Covanni van Bronkorst 2015-ci ildən "Feyenoord"a rəhbərlik edir. O, 2016-1017 mövsümündə uzun fasilədən sonra komandanı ölkə çempionu edib.  

Mənbə: Report

Müəllif: Orxan NOVRUZOV