“Atletiko” futbolçusunu Premyer Liqa klubuna satdı
ESTAFET/ İngiltərənin “Vulverhempton” klubu mövsümün əvvəlində “Atletiko”dan icarəyə götürdüyü Xonatan Otto Kastronun transfer hüquqlarına sahib olub. 24 yaşlı müdafiəçiylə 2023-cü ilə qədər müqavilə imzalanıb. Bu barədə “Vulverhempton”un mətbuat xidməti məlumat yayıb.
“Canavarlar” Kastro üçün “Atletiko”ya 18 milyon funt sterlinq ödəyəcək.
İspan müdafiəçi cari mövsümdə Premyer Liqada 22 qarşılaşmada iştirak edib.
2018-ci il iyulun 25-də “Selta”dan “Atletiko”ya 7 milyon avro qarşılığında keçən Kastro, bir gün sonra “Vulverhempton”a icarəyə verilib.
24 yaşlı müdafiəçi 3 dəfə İspaniya millisinin formasını geyinib.