RAUFUN İKİNCİ MEDALI GÜMÜŞ OLDU

ESTAFET/ Xəbər verdiyimiz kimi, Estoniyanın paytaxtı Tallində şahmatın rapid və blitz növü üzrə Avropa çempionatı keçirilirdi. İki gün oncə başa çatan rapid yarışlarında təmsilçimiz Rauf Məmmədov çempionatın bürünc medalına sahib olmuşdu.
Dünəndən başlayan və 26 tur (rəqiblər bir-biri ilə ağlar və qaralarla iki dəfə qarşılaşırdı) davam edən blits yarışları bu gün başa çatıb. Rauf Məmmədov bu növdə daha uğurla çıxış edərək, 20,5 xalla çempionatın gümüş medalını qazanmağı bacarıb.
Çempion adını 22 xalla rus Dmitriy Andreykin qazanıb. Bürünc medal isə 19,5 xal toplayan Belarus şahmatçısı Sergey Jiqalkoya çatıb.
