BOKS ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATI KEÇİRİLƏCƏK

ESTAFET/ Əksər idman növlərində ölkə çempionatı ilin əvvəlinə təsadüf edir. Burda məqsəd ilin əvvəlindən yığma komandanın əsasını təşkil etmək və il boyu beynəlxalq yarışlarda hazırlığı təşkil etməkdir.

 

Boks üzrə Azərbaycan çempionatı da bu baxımdan istisna deyil. Belə ki, kişilər arasında ölkə çempionatı yanvarın 26-sı başlayacaq. 5 gün boyunca 10 çəki dərəcəsində Azərbaycanın ən güclülərini müəyyən etmək üçün ən titullu boksçularımız da rinqə çıxacaq.