MƏHƏMMƏD ƏLİNİN MƏKTUBU AUKSİONDA SATILDI

ESTAFET/ Əfsanəvi boksçu Məhəmməd Əlinin Cənubi Afrika Respublikasının keçmiş prezidenti Nelson Mandelaya yazdığı məktubu auksiona çıxarılıb. 1993-cü ilin aprel ayının 13-də yazılan bu məktub auksionda 8900 ABŞ dollarına satılıb. Məktubla birgə Əlinin adının səhvlərlə yazıldığı məktubun yalançı surəti də satılıb.  

 

Hər kəsə bəllidir ki, Əli Nelson Mandelanın CAR-da başlatdığı və rəhbərlik etdiyi aparteidlə mübarizəsini dəstəkləyirdi. Əfsanəvi boksçu 1993-cü ildə Mandelanın yaxın tərəfdaşı Kris Xaninin qətlindən sonra CAR-a gəlib və o zaman bu başsağlığı məktubunu yazmışdı.