CÜDO FUNKSİONERLƏRİ BAKIYA TOPLAŞIR

ESTAFET/ Beynəlxaq Cüdo Federasiyasının (IJF) prezidenti Bakıya gəlir. Marius Vizer paytaxtda IJF-in hakimlər və məşqçilər üçün keçirəcəyi beynəlxalq seminara qatılacaq.
Yanvarın 6-da start götürəcək seminarda 99 ölkədən 370 nümayəndə iştirak edəcək. İki gün davam edəcək tədbirdə IJF-nin bütün komitə rəhbərləri, qitə federasiyalarının rəsmiləri, Fransa, Monqolustan, Türkiyə və bir çox ölkələrin federasiya prezidentləri də yer alacaq. Seminarda məqsəd cüdo idman növünün hakimlik və yarış qaydalarında olan yeniliklərin həm nəzəri, həm də praktiki olaraq iştirakçıların diqqətinə çatdırmaqdır.
Heydər Əliyev adına İdman Sarayında keçiriləcək seminara saat 09:30-da start veriləcək. Tədbir IJF və Azərbaycan Cüdo Federasiyasının rəsmi saytı, eləcə də Youtube kanalı vasitəsilə canlı yayımlanacaq.
Marius Vizerin səfər çərçivəsində rəsmi görüşlərdə də iştirakı nəzərdə tutulub. /Report/