Yeniyetmə badmintonçular arasında ölkə birinciliyinə yekun vurulub
ESTAFET/ 5 №-li Bakı Peşə Liseyində Azərbaycan Badminton Federasiyası ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən 2009-2011 təvəllüdlü badmintonçular arasında Azərbaycan birinciliyinə yekun vurulub.4-7 aprel tarixlərində keçirilən yarışda 18 oğlan və 12 qız yarışıb.
Qaliblər 5 kateqoriya üzrə müəyyənləşib.
Şəxsi oğlanlar:
1.Murad İbrahimli
2.Əmirxan İmanov
3.Anar Hüseynov
Şəxsi qızlar:
1.Əminə İsmayılova
2.Zəhra Rüstəmova
3.Nəzrin Ağamuradova
Qoşa oğlanlar:
1.Murad İbrahimli – Əmirxan İmanov
2.Əli Gözəlov – Sübhan Həsənəliyev
3.Anar Hüseynov – Vüsal Məmmədli
Qoşa qızlar:
1.Zəhra Rüstəmova – Əminə İsmayılova
2.Aliyə Bağırova – Nəzrin Ağamuradova
3.Nəzrin Mehrəlizadə - Qətibə Zeynalova.
Qarışıq-qoşa:
1.Murad İbrahimlli – Əminə İsmayılova
2.Əmirxan İmanov – Zəhra Rüstəmova
3.Əli Gözəlov – Nəzrin Ağamuradova
Qaliblər hədiyyə, diplom və medallarla təltif olunublar.