Yunan-Roma güləşçilərimiz Göygöldə təlim-məşq toplanışına başlayır
ESTAFET/ Yunan-Roma güləşi üzrə yığmamız bu gün təlim-məşq toplanışına başlayır. İlin əvvəlindən bütün hazırlığı Bakıda keçən millimiz bu dəfə Göygölə yollanıb. Məşqçilər korpusu bir neçə gənc güləşçi də daxil olmaqla, 30 yaxın idmançıyla mayın 8-dək Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçəcək. Hazırlıq prosesində əsas diqqət fiziki hazırlığın yüksəldilməsinə yönəldiləcək. Təlim-məşq toplanışı başa çatdıqdan sonra komandamız Ukraynada keçiriləcək beynəlxalq turnirdə qüvvəsini sınayacaq.
Qeyd edək ki, yaxın günlərdə sərbəst və qadın güləşi üzrə yığmalarımızın da hazırlıq planı ilə bağlı məlumat veriləcək.