Gənc güləşçilər Antalyadan 11 medalla qayıdır

ESTAFET/ Türkiyənin Antalya şəhərində gənc güləşçilər arasında keçirilən "Çempionlar" turnirinə yekun vurulub.

Yarışın son günündə 3 medal əldə olunub. Sərbəst güləşçimiz Fuad Mayılov (86 kq) üçüncü yeri tutub. Qızlardan Birgül Soltanova (57 kq) gümüş, Yasəmən Məcidli (50 kq) isə bürünc medal qazanıb. Beləliklə, "Çempionlar" turnirində medallarımızın sayı 11-ə çatıb.

Xatırladaq ki, daha öncə Ceyla Nağızadə (65 kq), Turan Bayramov (65 kq) və Abubakr Abakarov (79 kq) qızıl, Elmar Kazımovla (70 kq) Asxab Həmzətov (92 kq) gümüş, Ayşən Yusifova (53 kq), Jalə Əliyeva (62 kq), və Sənan Əlizadə (97 kq) bürünc medalın sahibi olub.

Yekunda 2 qızıl, 2 gümüş, 2 bürünc medal əldə edən sərbəst güləş üzrə yığmamız komanda hesabında 2-ci, bir qızıl, bir gümüş və üç bürünc medalı hesabına yazan qızlardan ibarət millimiz isə 3-cü yeri tutub.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Tural Əliyev yarışda ədaləti qoruyub. 

Müəllif: Natiq NƏSİROV