3-cü ən yaxşı göstərici BOS-da qeydə alındı

ESTAFET/ Bakıda keçirilən futbol üzrə UEFA Avropa Liqasının final matçını izləyən azarkeş sayı bəlli olub. Bakı Olimpiya Stadionunda (BOS)“Çelsi” və “Arsenal” arasında keçirilən həlledici görüşü 51 min 370 azarkeş stadiondan izləyib.

Bu, turnir tarixində - Avroliqa adlandığı son 10 ilin ən yaxşı 3-cü göstəricisidir. Ən yüksək göstərici 1999-cu ildə Moskvanın "Lujniki" stadionunda olub. Belə ki, "Parma" - "Marsel" finalını (3:0) 62 min azarkeş izləyib. İkinci belə göstərici 2018-ci ildə Lion şəhərində baş tutan finala məxsusdur. “Marsel”lə “Atletiko” arasında keçirilən həlledici matçı 55 min 768 azarkeş stadiondan canlı izləmişdi. Bu qarşılaşmada madridlilər 3:0 hesabıyla qələbə qazanmışdılar.

Qeyd edib. “Çelsi” “Arsenal”ı 4:1 hesabıyla məğlub edərək, Avropa Liqasında 2018/19 mövsümünün qalibi olub. 

Müəllif: Estafet.az