Noyer Mayeri geridə qoydu

ESTAFET/ Almaniya millisi AÇ-2020-nin seçmə mərhələsində Estoniya yığmasını məğlub edib. 8:0 hesabıyla bitən görüşdə Almaniya millisinin kapitanı Manuel Noyer yeni rekorda imza atıb.
Belə ki, 33 yaşlı qapıçı yığmada 37-ci “quru oyun”unu keçirib.
Noyer bununla da, Almaniya millisinin sabiq qapıçısı Zepp Mayerin rekordunu qırıb. Mayer Almaniya millisində 36 “quru oyun” keçirib.
Noyer, 2009-cu ildə debüt etdiyi Almaniya millisində 86 oyuna çıxıb.
