Kişi şpaqaçılarımız Avropa çempionatında çıxışını başa vurub

ESTAFET/ Kişi şpaqaçılarımız Almaniyanın Düsseldorf şəhərində keçirilən Avropa çempionatında çıxış edib.
Qrup mərhələsində keçirdiyi 6 görüşdən 3-nü qalib başa vuran Ruslan Həsənov pley-offda Finlandiya təmsilçisi Yaakko Paavolaynenlə qarşılaşıb.Şpaqaçımız rəqibinə 10:15 hesabı ilə uduzub. Qrup mərhələsində 6 görüşdən 2-də qalib gələn Kənan Əliyev isə pley-offda Portuqaliya idmançısı Joao Kordeyroya 13:15 hesabı ilə məğlub olub.
