AÇ-2017: FİQURLU KONKİSÜRMƏ - İDMAN CÜTLƏRİ - NƏTİCƏLƏR

ESTAFET/ Dünəndən etibarən Çexiyanın Ostrava şəhərində start götürən fiqurlu konkisürmə üzrə Avropa çempionatında artıq təsnifat mərhələləri arxada qalıb. Bu gün çempionatda ilk medalçılar müəyyənləşib. "Ostravar Arena"da ilk olaraq İdman cütləri növündə mübarizə aparan konkisürənlər mükafatlarına qovuşublar.
1. Yevgeniya Tarasova/Vladimir Morozov (Rusiya) - 227.58
2. Alyona Savçenko/Bruno Masso (Almaniya) - 222.35
3. Vanessa Ceyms/Morqan Sipre (Fransa) - 216.52