AÇ-2017: FİQURLU KONKİSÜRMƏ - QADINLARDA NƏTİCƏLƏR

ESTAFET/ Xəbər verdiyimiz kimi, Ostrava şəhərində (Çexiya) fiqurlu konkisürmə üzrə Avropa çempionatı davam edir. Bu gün "Ostravar Arena"da mübarizəyə qoşulan qadınlar öz aralarında qitənin ən güclülərini müəyyənləşdiriblər. Həmişə olduğu kimi, bu dəfə də rus konkisürənlər aşkar lider olduqlarını sübut ediblər.


1. Yevgeniya Medvedyeva (Rusiya) - 229.71

2. Anna Poqorilaya (Rusiya) - 211.39

3. Karolina Kostner (İtaliya) - 210.52