AÇ-2017: FİQURLU KONKİSÜRMƏ - BUZ ÜZƏRİNDƏ RƏQS - NƏTİCƏLƏR

ESTAFET/ Çexiyanın Ostrava şəhərində davam edən Avropa çempionatında bu gün sonuncu mübarizə günüdü. Günün ilk mübarizəsi buz üzərində rəqs cütləri arasında getdi. Sonda mükafatçılar aşağıdakı kimi formalaşdı:


1. Qabriella Papadakis/Qiyom Sizeron (Fransa) - 189.67

2. Anna Kappelini/Luka Lanotte (İtaliya) - 186.64

3. Yekaterina Bobrova/Dmitriy Solovyov (Rusiya) - 186.56

 

Qeyd edək ki, bu növdə ölkəmizi təmsil edən legioner konkisürənlər - Varvara Oqloblina və Mixail Jirnov elə təsnifat mərhələsindəcə uğursuz çıxış edərək mübarizəni dayandırıblar. Onların çıxışı hakimlər tərəfindən 48.45 xalla qiymətləndirilib ki, bu da 30 cüt arasında yalnız 24-cü olmağa kifayət edib. Finala isə təsnifat mərhələsindən 20 cüt adlayıb.