Murad və Fərhad dünya çempionatının yarımfinalında

ESTAFET/ Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı davam edir. İkinci yarış günündə 45, 51, 60, 71 və 92 kq-da çıxış edən sərbəst güləşçilər mübarizə aparır. 

Murad Haqverdiyev dünya çempionatına inamlı qələbəylə başlayıb. Avropa Gənclər Olimpiya Festivalının (EYOF) qalibi ilk görüşdə Gürcüstan idmançısına vaxtından əvvəl qalib gəlib. Rusiyalı rəqibi üzərində də əzmkar qələbə qazanan Haqverdiyev adını yarımfinala yazdırıb.

Riad Aslanov üçün debüt uğursuz alınıb. Həmyerlimiz iranlı rəqibinə uduzub.

Fərhad Kərimli ilk görüşdə çətinlik çəkmədən makedoniyalı həmkarını üstələyib. Həmyerlimiz 1/4 finalda amerikalı idmançını da məğlub edərək yarımfinala yüksəlib.

Məhəmmədəli Əliyev təsnifat mərhələsində Hindistan güləşçisiylə bacarmayıb.

Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.


45 kq
1/8 final: Murad Haqverdiyev - Maqomed Maqomedovi (GEO) 10:0
1/4 final: Murad Haqverdiyev - Vladimir Qienko (RUS) 9:4
1/2 final: Murad Haqverdiyev - Əli Mehran Firuzyai (İRİ)

51 kq
Təsnifat: Riad Aslanov - Əli Əbülfəzl Zadegan (İRİ) 2:6

60 kq
1/8 final: Fərhad Kərimli - Arsim Bekirovski (MKD) 11:0
1/4 final: Fərhad Kərimli - Cesse Uayn Mendes (USA) 8:1
1/2 final: Fərhad Kərimli - İrfan Məhəmməd İlahi (İRİ)


71 kq
Təsnifat: Məhəmmədəli Əliyev - Vicay Vicay (İND) 5:12

92 kq
1/8 final: Saqadulla Ağayev - Qkivi Bliatze (GRE) 

Müəllif: Natiq NƏSİROV