KLUBLARARASI AVROPA ÇEMPİONATINDA İLK GÜNƏ 9 MEDAL
ESTAFET/ Xəbər verdiyiiz kimi, Türkiyənin Antalya şəhərində Klublararası Avropa Çempionatına start veilib. Türkiyə Taekvondo Federasiyası (TTF) və Avropa Taekvondo Birliyi (ATB) tərəfindən təşkil edilən və sayca 5-ci olan G1 kateqoriyalı yarışda milli komandalarımız da gemiş heyətlə təmsil olunur. Artıq yarışın ilk günü idmançılarımız 9 medal qazanaraq uğura imza atıblar.
Belə ki, Gilan TK-nu təmsil edən taekvondoçulardan 47 kq çəki dərəcəsində mübarizəyə qatılan Aylin Eynullayeva, İlahə Quluzadə (-59 kq) və Vüsal Balaqadaşov (-61 kq) rəqiblərini məğlub edərək qızıl medallara sahib olublar.
Riyad Şirəliyev (-37 kq, Qafqaz TK) və İlkin Fərzəlizadə (-57 kq, Gilan TK) isə yarımfinal mərhələsinə kimi məğlubiyyət bilməsələr də finala vəsiqə uğrunda mübarizədən məğlub ayrılıblar və bürünc medalla kifayətləniblər.
Qitə Çempionatına qatılan digər taekvondoçulardan Nihad Əlizadə (-33 kq, Gilan TK), Ofeliya Allahverdiyeva (41 kq, Gilan TK), İlkin Dünyamalıyev (-45 kq, 2 saylı Gömrükçü İK), və Elsevər İsmayılzadə (+65 kq, Gilan TK) yarışı yarımfinal mərhələsində başa vuraraq bürünc medalla kifayətlənməli olub.