BEYNƏLXALQ KURSLARDA NÖVBƏTİ UĞUR

ESTAFET/ Litvanın Vilnüs şəhərində 2017-2020-ci il yeni Olimpiya Qaydaları əsasında təşkil olunan Qadın İdman Gimnastikası üzrə Beynəlxalq Kurslarda hakimlərimiz Rza Əliyev 3-cü, Anjella Abdullayeva və Kristina Pravdina isə 4-cü hakimlik kateqoriyasını əldə edərək, kursları müvəfəqqiyyətlə başa vurdular.

 

Azərbaycan Gimnastika Federasiyasının məlumatına görə, kişi idman gimnastikası üzrə hakim Rza Əliyev ötən il Slovakiyanın Bratislava şəhərində keçirilmiş Qitələrarası Hakimlik Kurslarında iştirak edərək, ən yüksək - 1-ci dərəcəli beynəlxalq hakimlik kateqoriyasını əldə etmişdir.

 

Beləliklə, Rza Əliyev dünyada bir Olimpiya Dövrü ərzində iki hakimlik dərəcəsi qazanmış yeganə hakim olaraq qalır.