Aysel Əhədova gənclərin Dünya Kubokunun mərhələ yarışında iştirak edib

ESTAFET/ Sablya üzrə yığma komandamızın üzvü Aysel Əhədova Rusiyanın Soçi şəhərində keçirilən gənclər arasında Dünya Kubokunun mərhələ yarışında iştirak edib.
Qrup mərhələsində keçirdiyi 6 görüşdən 3-də qalib gələn Aysel, 1/16 finalda Rusiya təmsilçisi Anna Kudryayeva ilə qarşılaşıb.Gərgin mübarizə şəraitində keçən görüşdə Aysel rəqibinə 14:15 hesabı ilə uduzub.
