FIDE QRAN PRİ-2017: ŞARCA - VI TUR
ESTAFET/ Xəbər verdiyimiz kimi, Şarca (BƏƏ) şəhərində FIDE-nin Qran-Pri seriyasından olan 1-ci mərhələnin oyunları keçirilir. Bu gün turnirdə 6-cı turun oyunları baş tutub.
Turnirdəki təmsilçimiz Şəhriyar Məmmədyarov bu turda qara fiqurlarla rus Dmitriy Yakovenko ilə erkən sülh bağlayıb və aktivinə yarım xal yazıb.
Keçirilən qarşılaşmalar aşağıdakı nəticələrlə yekunlaşıb.
Dmitriy Yakovenko (Rusiya) - Şəhriyar Məmmədyarov (Azərbaycan) 0,5-0,5
Maylk Adams (İngiltərə) - Makim Vaşyer-Laqrav (Fransa) 0,5-0,5
Yon Lyudviq Hammer (Norveç) - Saleh Salem (Misir) 0,5-0,5
Pavel Elyanov (Ukrayna) - Yevgeni Tomaşevskiy (Rusiya) 0,5-0,5
Hikaru Nakamura (ABŞ) - Aleksandr Qrişuk (Rusiya) 0,5-0,5
Hou Yifan (Çin) - Dinq Liren (Çin) 0,5-0,5
Yan Nepomnyaşni (Rusiya) - Li Çao (Çin) 1-0
Riçard Rapport (Macarıstan) - Aleksandr Ryazantsev (Rusiya) 1-0
Levon Aronyan (Ermənistan) - Fransisko Falyexo Pans (İspaniya) 0,5-0,5