ŞAHMAT ÜZRƏ QADINLAR ARASINDA DÜNYA ÇEMPİONATI: YARIMFİNAL
ESTAFET/ Tehranda (İran) keçirilən Qadınlar arasında şahmat üzrə Dünya Çempionatında yarımfinal görüşəri başa çatıb.
 
Birinci yarımfinal qarşılaşmasında klassik şahmatda ukraynalı Anna Muzıçuk çətinlik çəkmədən rus Aleksandra Kostenyuku hər iki görüşdə məğlub edərək adının finala yazdırdı.
 
İkinci yarımfinal qarşılaşması isə son anadək şahmat sevərləri gərginlikdə saxladı. Belə ki Venjun Ju (Çin) və Harika Dronovalli (Hindistan) klassik şahmatda ağ fiqurlarla hərəyə bir qələbə qazanmaqla tay-brekə getdilər. Burada 25+10 və 15+10 dəqiqəlik sürətli şahmatda hərəyə bir qələbə qazanan şahmatılar 5+3 ildirimsürətli şahmatda zəkalarını ortaya qoydular. Hər iki oyun bərabərliklə yekunlaşdığından yekunda armagedon (Burda agların 5, qaraların 4 dəqiqə vaxtı olur. Vaxt əlavə edilmir və heç-heçə olduğu təqdirdə qaralar qalib elan olunur) oynanıldı. Nəhayət çinli şahmatı qələbə qazanmaqla finalda Annaya rəqib oldu.
 
Venjun Ju (Çin) - Harika Dronavalli (Hindistan) 
Anna Muzıçuk (Ukrayna) - Aleksandra Kostenyuk (Rusiya)