Robben məşqçiliyə başladı

ESTAFET/ "Bavariya"nın sabiq futbolçusu Aryen Robben yenidən futbola qayıdıb. Ötən mövsümün sonunda futbolçu karyerasını bitirən hollandiyalı məşqçiliyə başlayıb.
O, "Qryunvald" klubunda məşqçiliyin sirlərini öyrənməklə məşğuldu. O, 7-8 yaşlı uşaqlardan ibarət komandaya rəhbərlik edir. Hansı ki, həmin komandada öz oğlu Kay, həmçinin Frank Riberinin oğlu və Karl-Hayns Rumenniggenin nəvəsi də çıxış edir.
Qeyd edək ki, Aryen Robben 2003-2017-ci illərdə Hollandiya yığmasının formasını geyinib.
