Almaniyada idman gimnastikası üzrə Dünya Kuboku yekunlaşıb

ESTAFET/ 21-24 noyabr tarixlərində Almaniyanın Kotbus şəhərində “Turnier der Meister” adlı Dünya Kuboku keçirilib.
Bu kubokda ölkəmizi kişi idman gimnastikası üzrə yığma komandanın üzvü Murad Ağarzayev təmsil edib.
Gimnastımız ən yaxşı nəticəni dayaqlı tullanma alətində göstərərək, 13-cü yerdə qərarlaşıb.
