İSTANBUL TURNİRİNİN İLK GÜNÜ 1 BÜRÜNC

ESTAFET/ İstanbulda Vehbi Emre və Hamit Kaplanın xatirəsinə həsr olunan yunan-Roma güləşi üzrə beynəlxalq turnir start götürüb.

 

Azərbaycan güləşçilərinin də iştirak etdiyi turnirin ilk günündə 59, 71, 80 və 98 kq çəkidə pəhləvanlar mübarizə aparıb.

 

Güləşçilərimiz gərgin keçən ilk yarış gününü 1 bürünc medalla başa vurub. 59 kq-da mübarizə aparan Murad Məmmədov fəxri kürsünün 3-cü pilləsində yer alıb.

 

Ruhin Mikayılov (71 kq) və Orxan Nuriyev (98 kq) isə turniri 5-ci sırada tamamlayıb.