Hakimlərimiz EHF kubokunda
ESTAFET/ Beynəlxalq dərəcəli həndbol hakimləri Ernest və Emil Ağakişi qardaşları növbəti təyinat alıblar. Təmsilçilərimiz qadın həndbolçuların Avropa Həndbol Federasiyası (EHF) kuboku turnirinin qrup mərhələsində oyun idarə edəcəklər. Söhbət Rusiyanın “Lada” və Norveçin “Storhamar” komandalarının görüşündən gedir.
Yanvarın 25-də Tolyatti şəhərinin “Olimp” idman kompleksində keçiriləcək qarşılaşmanın EHF nümayəndəsi bolqarıstanlı Mixail Başev olacaq.