BƏDƏN TƏRBİYƏSİ GÜNÜ MÜNASİBƏTİLƏ PEYNTBOL TURNİRİ KEÇİRİLDİ

ESTAFET/ Martın 4-də Gənclər və İdman Nazirliyinin (GİN) əməkdaşları, idmançılar, kütləvi informasiya vasitələrinin nümayəndələri və tanınmış estrada ulduzları arasında peyntbol idman yarışı keçirilmişdir.

 

Yarış GİN və Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilib və 5 Mart – Bədən Tərbiyəsi və İdman gününə həsr olunmuşdur.

 

Xatırladaq ki, bu tarix Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Bədən tərbiyəsi və idman gününün təsis edilməsi haqqında” 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Azərbaycanda Bədən tərbiyəsi və idman gününün martın 5-də qeyd olunması da təsadüfi deyildir. Məhz 1995-ci ilin martın 5-də ulu öndərimiz Heydər Əliyev Bakı İdman Sarayında Dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşmüş, İdman Fondunu təsis etmiş, eləcə də bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoymuşdur.