Boksçularımız Olimpiya Təsnifat Turnirlərinə hazırlığı davam etdirir
ESTAFET/ Kişi və qadın boksçulardan ibarət Azərbaycan milli komandaları təlim-məşq toplanışını davam etdirir. Yığmamız hazırlığı Abşeron Olimpiya İdman Kompleksində keçir.
Kişilərdən ibarət millinin baş məşqçisi Umberto Orta Dominqesin rəhbərliyi altında reallaşan məşqlərdə 20 boksçu iştirak edir. Tailanddakı təlim-məşq toplanışından sonra əsas diqqət taktiki-texniki və fiziki hazırlığa yönəlib.
Qadınlardan ibarət komandamız isə 8 boksçu ilə məşq edir. Baş məşqçi Elbrus Rzayev də yetirmələrinə əsasən funksional hazırlıq keçir.
Hər iki yığma gündə 2 dəfə – səhər və axşam məşq edir.
Qeyd edək ki, təlim-məşq toplanışı Tokio-2020-yə lisenziya xarakteri daşıyan Olimpiya Təsnifat Turnirlərinə hazırlıq xarakteri daşıyır.