Cüdoçularımızın Paris fiaskosu

ESTAFET/ Azərbaycan cüdoçuları Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" yarışında medal qazana bilməyiblər.

Millimizin üzvlərindən ən yüksək nəticəni Məmmədəli Mehdiyev göstərib. 90 kq çəki dərəcəsində yer alan cüdoçumuz bürünc medal uğrunda görüşdə kubalı İvan Felipe Silva Moralesə uduzaraq 5-ci yeri tutub.

Digər 16 cüdoçudan (11 kişi, 5 qadın) heç biri 1/4 finaladək irəliləyə bilməyib.

Qeyd edək ki, Böyük Dəbilqədə 115 ölkədən 680 cüdoçu (405 kişi, 275 qadın) mübarizə aparıb.

Müəllif: Natiq NƏSİROV