Həndbolçularımız beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar

ESTAFET/ Fevralın 19-dan 25-dək Rusiyanın Həştərxan şəhərində ikiqat olimpiya çempionu V.A.Kudinovun xatirəsinə həsr olunmuş həndbol üzrə beynəlxalq turnir keçiriləcək.
2002 – 2003-cü il təvəllüdlü oğlanlardan ibarət yığma komandamız həmin yarışa dəvət alıb.
Beynəlxalq turnirdə iştirakın əsas məqsədi yığma komandamızın Çernoqoriyada keçiriləcək dünya çempionatına yüksək səviyyədə hazırlaşmasıdır.
