Qadınların mübarizəsində ən güclü Mərziyyə oldu

ESTAFET/ Xəbər verdiyimiz kimi, bu gün Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatı start götürüb. Çempionatda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.

Körpücük üzərinə ilk olaraq qadınlar çıxıb. Qaliblər mütləq çəkidə Sinkleyr cədvəli üzrə müəyyən edilib. Toplam 142 kq (63+79) çəkinin öhdəsindən gələn Mərziyyə Məhərrəmova 219.7 xalla qızıl medala layiq görülüb. Toplam 161 kq (71+90) nəticə və 217.3 xalla Günel Vəliyeva ikinci, toplam 139 kq (62+77) nəticə və 199.1 xalla Gülçin Əlizadə üçüncü pillədə qərarlaşıblar.

Müəllif: Natiq NƏSİROV