AVRO-2020-ylə bağlı rekord Azərbaycanda

ESTAFET/ Bakıda keçiriləcək AVRO-2020-nin oyunlarında könüllü kimi fəaliyyət göstərmək istəyənlərin sayı açıqlanıb. Bu rəqəmi AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla Azərbaycan Radiosu 105FM-də və "İdman TV"də ortaq yayımında canlı efirə gedən "Extra Time" proqramında söyləyib: "Bununla bağlı könüllülər tərəfindən 6797 müraciət ünvanlanıb. Sevindiricidi haldır ki, bu, AVRO-2020-nin keçiriləcək 12 şəhər arasında yüksək göstəricidi və məhz Azərbaycanda qeydə alınıb. Simvolik rəqəm olaraq AVRO-2020-nin matçlarında 2020 könüllünün xidmətindən istifadə olunacaq. Buna əminik ki, AVRO-2020-də də könüllülərimiz öhdəsinə düşən işi yüksək səviyyədə həyata keçərəcəklər".

F.Abdulla AVRO-2020-ə bağlı məlumat mərkəzinin fəaliyyətə başlayacağını diqəqtə çatdırıb: "Bu, yaxın günlərdə Bakıdakı alış-veriş mərkəzinlərindən birində təşkil olunacaq. Həmin məlumat mərkəzinə yaxınlaşaraq bir çox məsələlər, turnirlrə bağlı təfərrüatı ilə məlumat əldə etmək olar. Ağ Şəhər Bulvarı ərazisində fan-zonanın təşkil olunacağı artıq dəqiqləşib. Bu zonalar həm də ona imkan verir ki, oyunlara biletləri olmayan azarkeşlər də həmin həyəcanı, futbol bayramının ab-havasını çox yaxından hiss etsinlər. Çünki orda nəhəng monitor quraşdırılır. Matçlara qədər azarkeşlər çox maraqlı proqramlar təşkil olunur, müxtəlif qida, içki satışı nöqtələri fəaliyyət göstərir". 

Xatırladaq ki, bu il Azərbaycanda "Könüllülər ili" elan edilib. (sport24)

Müəllif: Estafet.az