A Seriyasında koronavirusla bağlı növbəti qərar
ESTAFET/ Koronavirusun yayıldığı İtaliyada A Seriyasının növbəti - 26-cı turunun oyunlarıyla bağlı qərar verilib. Bu barədə A Seriyasının mətbuat xidməti məlumat yayıb.
Belə ki, “Yuventus” - “İnter”, “Milan” - “Cenoa”, “Parma” - SPAL və “Sassuolo” - “Breşiya” matçları azarkeşsiz keçiriləcək.
Sözügedən qarşılaşmalar martın 1-də baş tutacaq.