Qvardiola xaker hücumuna məruz qaldı

ESTAFET/ “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola xaker hücumuna məruz qalıb. Xaker, ispan mütəxəssisin kompüterinə girərək bütün yazışmaları və futbolçuların məlumatlarını, nömrələrini əldə edib. Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Xaker, bu məlumatları 100 min funt-sterlinqə satmaq istəyirmiş. Ancaq Mançester polisi həmin xakeri saxlayıb. Mühafizə işçilərinə verdiyi açıqlamada, Qvardiolanın gizli məlumatlarını çox asan şəkildə əldə etdiyini deyən xakerin əvvəllər “Mançester Siti” klubunda çalışdığı iddia olunur. (sport24)

Müəllif: Bəhruz MƏMMƏDOV